Cəmiyyət
Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib. Oxu.Az xəbər verir ki, Cəmil Kamilli növbəti rütbəsini vaxtından əvvəl alıb. Qeyd edək ki, Cəmil Kamilli 1987-ci ildə Masallı rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində elmi araşdırmalar aparıb və qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib. Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb. Daha sonra 2016-2024-cü illərdə müxtəlif xəstəxanalarda fəaliyyət göstərib. 2024-cü ilin iyul ayında isə Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi təyin edilib. İqbal Ziya
Mənbə
oxu.az