İqtisadiyyat

Bakıda Qırğızıstanın Ticarət Evinin açılışı olub - Foto

30 Oct 2026, 11:15 1 baxış
Bakıda Qırğızıstanın Ticarət Evinin açılışı olub - Foto
Bu gün Bakıda Qırğızıstanın Ticarət Evinin açılış mərasimi baş tutub. Yeni qurum Türk Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərəcək. Oxu.Az xəbər verir ki, tədbir zamanı Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov qonaqları yeni ticarət evinin fəaliyyət istiqamətləri ilə tanış edib, ölkə iqtisadiyyatının əsas sahələri barədə danışıb. O, həmçinin bu məkanda öz məhsullarını sərgiləyəcək müəssisə və şirkətlər haqqında məlumat verib. Diplomat, bununla yanaşı, tədbir iştirakçılarına ticarət evində nümayiş olunan qırğız istehsalçılarının məhsulları və geniş mal çeşidləri barədə ətraflı məlumat çatdırıb.
{{gallery}}
Bakıda Qırğızıstanın Ticarət Evinin açılışı olub - Foto Bakıda Qırğızıstanın Ticarət Evinin açılışı olub - Foto Bakıda Qırğızıstanın Ticarət Evinin açılışı olub - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər