İqtisadiyyat
Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
"Son iki il ərzində Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması bu dövrün ən mühüm nailiyyəti hesab olunur". Bunu Oxu.Az-a açıqlamasında Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ikitərəfli əlaqələrin inkişafını şərh edərkən bildirib.
Səfirin sözlərinə görə, hazırda əsas məqsəd müttəfiqlik haqqında sazişin konkret iqtisadi nəticələrlə zənginləşdirilməsidir. Xüsusilə, hər iki dövlətin rəhbəri qarşılıqlı ticarət dövriyyəsinin həcmini 200 milyon dollara çatdırmağı hədəf kimi müəyyənləşdirib. Diplomat, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıb. O xatırladıb ki, fondun ilkin nizamnamə kapitalı 25 milyon dollar olub, daha sonra bu rəqəm 100 milyon dollara qaldırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərindən sonra isə bu məbləğ artırılaraq 200 milyon dollara çatdırılıb.
"Hazırda fondda biznes layihələrinin maliyyələşdirilməsi üçün 200 milyon dollar vəsait mövcuddur. Biz ölkələrimiz arasında ticarət, sənaye və istehsal sahələrinin inkişafı məqsədilə bu vəsaitlərdən yararlana biləcək sahibkarları cəlb etmək niyyətindəyik", - deyə diplomat qeyd edib. O əlavə edib ki, fondun maliyyə vəsaitləri həm Azərbaycanda, həm də Qırğızıstanda istehsalyönümlü layihələrin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və əlavə dəyərin artırılması üçün nəzərdə tutulub. Səfirin məlumatına görə, noyabrın sonu və ya dekabrın əvvəlində Azərbaycan-Qırğızıstan biznes forumunun keçirilməsi planlaşdırılır. İki ölkə arasında işgüzar əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həmin tədbirə qırğızıstanlı iş adamlarının dəvət olunması nəzərdə tutulur.

Mənbə
oxu.az