Cəmiyyət

Salyanda hicaba görə məktəbə “Molotov kokteyli” atıldı - Foto

30 Oct 2026, 12:49 2 baxış
Salyanda hicaba görə məktəbə “Molotov kokteyli” atıldı - Foto

Salyanda hicaba görə məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.


Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.


Araşdırma davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər