Dünya
Türkiyədə qaya uçqunu: Ölənlər barədə detallar açıqlandı - Foto
Türkiyənin Nevşehir vilayətinin Kapadokiya bölgəsində açıq hava muzeyinin girişində düşən qayaların altında qalaraq həyatını itirən şəxslərin adları açıqlanıb. Oxu.Az "İhlas" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı ölənlərin sayı 3-ə yüksəlib. Qaya parçalarının altında qalanların türkiyəli cütlük və Fransa vətəndaşı olduqları müəyyənləşib. Məlum olub ki, dünyasını dəyişən Türkiyə vətəndaşları iyul ayında ailə qurublar. Həlak olanlar Sakaryada fəaliyyət göstərən media qurumlarından birində müxbir işləyən Eray Tuna və mühasib kimi çalışan həyat yoldaşı Begüm Tunadır.
Həmçinin uçqun altında qalaraq xəsarət alan 3 fransız turist və 2 Türkiyə vətəndaşının xəstəxanada müalicəsinin davam etdiyi qeyd olunur.
Həmçinin uçqun altında qalaraq xəsarət alan 3 fransız turist və 2 Türkiyə vətəndaşının xəstəxanada müalicəsinin davam etdiyi qeyd olunur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər