Cəmiyyət

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

30 Oct 2026, 12:46 2 baxış
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində sərhəd-keçid imkanlarının genişləndirilməsi məsələləri də nəzərdən keçirilib.


Axar.az xəbər verir ki, iclasda Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu (Ağstafa) – Abreşumis Qza (Qardabani)” birgə sərhəd-keçid məntəqəsinin yaradılması layihəsinin əhəmiyyəti vurğulanıb.


Layihənin praktiki həyata keçirilməsinə dair iclas çərçivəsində imzalanması nəzərdə tutulan sənədin müvafiq işlərin sürətləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər