Kriminal

Bakıda avtomobil yük maşınına çırpıldı: Sürücü öldü

30 Oct 2026, 09:30 2 baxış
Bakıda avtomobil yük maşınına çırpıldı: Sürücü öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi MAN markalı yük avtomobilin yarımqoşqusuna dəyib. Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər