Siyasət

Əli Əsədovla İrakli Kobaxidzenin təkbətək görüşü olub

30 Oct 2026, 10:51 2 baxış
Əli Əsədovla İrakli Kobaxidzenin təkbətək görüşü olub
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, hökumət başçıları Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Əli Əsədovla İrakli Kobaxidzenin təkbətək görüşü olub Əli Əsədovla İrakli Kobaxidzenin təkbətək görüşü olub
Mənbə oxu.az

Oxşar Xəbərlər