Cəmiyyət

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - Tarix

30 Oct 2026, 10:47 2 baxış
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - Tarix

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.


Axar.az xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.


O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barədə məlumat verdiyini açıqlayıb.


“Bu, həm istehlakçı hüquqlarını qoruyacaq, həm də bazarda rəqabəti artıraraq faizlərin də enməsinə səbəb ola bilər”, - Ə.Həsənov qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər