Cəmiyyət
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır!
Səbinə xanım Azərbaycanın ictimai-siyasi həyatında çox fəal görünən dövlət məmurlarından biridir. Halbuki çoxları var ki, onlar da görünməli, xalqın içərisində olmalı, xalqın dərdinə yanmalıdırlar.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələnin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.
"Dəfələrlə eşitmişəm ki, Səbinə xanımın yanına gedən şikayətçi əliboş qayıtmayıb. Bu ən əsas məsələdir. Məmurun, nazirin yanına gedəsən, oradan əliboş qayıdasan, bu biabırçılıqdır", - deyə deputat bildirib.
Mənbə
axar.az