İdman
Bakıda FIFA U-15 dünya çempionatının qalibi bu gün bəlli olur
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Oxu.Az xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Bundan əlavə, turnirin B, C, D, E və F divizionlarında da qaliblər müəyyənləşəcək. Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək. A Divizionu Final 18:00. Çexiya - İspaniya B Divizionu Final 15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda) C Divizionu Final 13:30. Tunis - Belarus (65-ci yer uğrunda) D Divizionu Final 12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda) E Divizionu Final 10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda) F Divizionu Final 09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda) Xatırladaq ki, Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
Mənbə
oxu.az