Cəmiyyət

"Binance"yə haker hücumu: Vəsaitlərin çıxarılması xidməti müvəqqəti dayandırılıb

30 Oct 2026, 10:56 2 baxış
"Binance"yə haker hücumu: Vəsaitlərin çıxarılması xidməti müvəqqəti dayandırılıb
"Binance" kriptovalyuta birjasının haker hücumuna məruz qaldığı bildirilir. "Binance" şirkətindən Oxu.Az-a verilən açıqlamaya görə, bunun depozitlərə heç bir təsir olmayıb və normal fəaliyyət davam edir. Qeyd edilib ki, vəsaitlərin çıxarılması xidməti müvəqqəti olaraq dayandırılıb: "Hazırda komandamız vəsaitlərin çıxarılması xidmətinin və onunla əlaqəli ünvanların təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzərində işləyir. Xidmətin 48 saat ərzində bərpa olunacağını gözləyirik. Bununla bağlı əlavə məlumat da paylaşılacaq. Hadisə bir neçə amilin təsiri nəticəsində baş verib. Təhlükəsizlik komandamız hücumun bütün mərhələlərini araşdırır. Ehtimal olunur ki, hücum edən şəxslər sistemə daxil olmaq üçün ələ keçirilmiş kompüterdən istifadə ediblər. Hadisənin əsas səbəbini açıqlayan ətraflı hesabat yaxın zamanda dərc olunacaq. "Binance"in rəsmi kommunikasiya kanalları vasitəsilə yeniliklər barədə məlumat verməyə davam edəcəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər