Dünya

Susmaq üçün 150 min alsa da, etiraf etdi: Sibel Canın "qayınatası" olan deputatın cangüdəni ilə intim kadrları yayıldı - FOTO

28 Oct 2026, 13:28 4 baxış
Susmaq üçün 150 min alsa da, etiraf etdi: Sibel Canın "qayınatası" olan deputatın cangüdəni ilə intim kadrları yayıldı - FOTO
Türkiyəli deputat Mustafa Sarıgül və onun ailə üzvləri barəsində oktyabrın 16-da başlanmış istintaq fonunda qalmaqal böyüyür. Siyasətçi korrupsiya, çirkli pulların yuyulması və gizli tərəfdaşlıqlarda iştirak etməkdə ittiham olunur. Oxu.Az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb. Məlumata görə, araşdırma çərçivəsində onun keçmiş həyat yoldaşı, oğulları və bəzi yaxın adamları saxlanılıb, şübhəlilərin bir qismi isə ev dustaqlığına və ya məhkəmə nəzarətinə götürülüb. Sarıgülün keçmiş mühafizəçisi Beşir Ömer Demirin açıqlamaları isə xüsusi diqqət çəkib. Onun Mustafa Sarıgüllə intim xarakterli videosu yayılıb. Fotoda Mustafa Sarıgül və cangüdəni Beşir Ömer Demir
Vəkilin iştirakı ilə verdiyi ifadəsində Dəmir 2021-ci ildən etibarən dəfələrlə Sarıgül tərəfindən cinsi qısnamaya məruz qaldığını bildirib. Onun sözlərinə görə, nüfuzlu siyasətçidən qorxduğu və ailəsinin təhlükəsizliyindən narahat olduğu üçün uzun müddət susmaq məcburiyyətində qalıb. Dəmir həmçinin iddia edib ki, 2024-cü ildə həmin videonun yayılmasından sonra Sarıgül haqqında ictimai açıqlamalar verməmək üçün 100 min avro cərimə nəzərdə tutan sənədə imza atıb. O qeyd edib ki, sonradan övladının gələcəyini təmin etmək bəhanəsi ilə ona 150 min dollar ödəniş edilib. Keçmiş mühafizəçi bildirib ki, sözügedən videogörüntülər Firuzan adlı özbəkistanlı xadimə və sürücü Turqut Alkan tərəfindən qeydə alınıb. Onun versiyasına görə, sonradan bu qeydləri satmağa cəhd göstəriblər. Mustafa Sarıgül öz növbəsində səsləndirilən bütün iddiaları təkzib edib. O, Dəmirin 14-15 il ərzində onun yanında çalışdığını və artıq ailənin bir üzvü kimi qəbul edildiyini deyib. Millət vəkili sabiq mühafizəçisinin bu cür ifadə verməsini onun həbs qorxusu yaşaması ilə izah edib. Aparılan istintaqla əlaqədar olaraq, Sarıgül hüquqi proseslər başa çatana qədər YENİ Partiya sıralarındakı üzvlüyünün dayandırılması xahişi ilə partiyanın səlahiyyətli orqanlarına müraciət edəcəyini də açıqlayıb. Qeyd edək ki, çirkli pulların yuyulması, korrupsiya və gizli ortaqlıqlarla bağlı başlanmış cinayət işində Mustafa Sarıgülün sabiq xanımı Aylin Kotil, oğulları Ömər Sarıgül və tanınmış müğənni Sibel Canla sevgili olan Əmir Sarıgül də var. Bundan başqa, sözügedən istintaqa jurnalist Murad Ağırel də cəlb edilib.
Susmaq üçün 150 min alsa da, etiraf etdi: Sibel Canın "qayınatası" olan deputatın cangüdəni ilə intim kadrları yayıldı - FOTO Susmaq üçün 150 min alsa da, etiraf etdi: Sibel Canın "qayınatası" olan deputatın cangüdəni ilə intim kadrları yayıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər