Digər

NATO Rusiya ilə müharibəyə hazır olmalıdır - Stritinq

28 Oct 2026, 14:46 4 baxış
NATO Rusiya ilə müharibəyə hazır olmalıdır - Stritinq

NATO Rusiya ilə müharibə istəmir, lakin savaş başlayacağı təqdirdə öz ərazisinin hər qarışını müdafiə etməyə hazırdır.


Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Varşavada keçirilən mətbuat konfransında deyib.


“Böyük Britaniya və NATO-nun Rusiya ilə müharibə vəziyyətinə düşə biləcəyi ssenarisinə hazır olmalıyıq. Bu, müharibə istədiyimiz üçün deyil, Rusiya xalqı ilə heç bir münaqişəmiz yoxdur və Rusiya ilə də müharibəyə can atmırıq. NATO müdafiə xarakterli alyansdır. Alyans ölkələri Rusiya ilə qarşıdurmaya və NATO ərazisinin hər qarışını müdafiə etməyə nə qədər çox hazırdırsa, belə bir ssenarinin baş vermə ehtimalı bir o qədər azdır”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər