Dünya

Pentaqon rəhbəri "güc vasitəsilə sülh" gətirəcəyinə söz verdi

28 Oct 2026, 13:52 3 baxış
Pentaqon rəhbəri "güc vasitəsilə sülh" gətirəcəyinə söz verdi
Amerika Birləşmiş Ştatları Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) müdafiə sahəsində əməkdaşlıq proqramının hazırlanmasını təklif edir. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbəri Pit Heqset bəyan edib. "Növbəti il ABŞ və ASEAN arasında dialoq münasibətlərinin başlanmasının 50 illiyi qeyd edilir. Bu baxımdan, biz müdafiə əməkdaşlığı üzrə ABŞ - ASEAN çərçivə proqramının işlənib hazırlanmasını təklif edirik. Bu, gələcək bir neçə il üçün əməkdaşlığımızı müəyyən edən praktiki baza olacaq", - deyə o, Filippində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin müdafiə nazirlərinin genişləndirilmiş iclası çərçivəsində bildirib. Heqset regionda "güc vasitəsilə sülh" yaradacağına söz verib. "ABŞ Sakit okean dövlətidir və ASEAN üzrə tərəfdaşlarımızla birlikdə güc vasitəsilə sülhü təmin etməyə hazırıq", - deyə o əlavə edib. ASEAN ölkələrinin müdafiə nazirlərinin toplantısı oktyabrın 28-29-da Filippinin Sebu adasındakı kurortlardan birində keçirilir. Tədbirə Avstraliya, Hindistan, ABŞ və Yaponiyadan da dəvət olunmuş nümayəndələr qatılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər