Kriminal

Naxçıvanda bıçaqlanan 16 yaşlı yeniyetmənin son durumu

28 Oct 2026, 14:56 3 baxış
Naxçıvanda bıçaqlanan 16 yaşlı yeniyetmənin son durumu
Naxçıvanda bıçaqlanan 16 yaşlı yeniyetmənin son durumu məlum olub. Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublika Xəstəxanasından məlumat verilib. Qeyd olunub ki, oktyabrın 27-də saat 18:50-də 2010-cu il təvəllüdlü Naxçıvan şəhər sakini Oktay Rövşən oğlu İsmayılov Naxçıvan Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə sol qolun deşilmiş-kəsilmiş yarası diaqnozu ilə daxil olub. "Xəstənin sol qolu antiseptik işlənib, yerli anesteziya olunub. Daha sonra ümumi cərrahla birlikdə qanaxma saxlanılıb. Xəstə həmin gün saat 19:30-da ambulator müalicəyə yazılıb". Xatırladaq ki, oktyabrın 27-də Oktay Rövşən oğlu İsmayılov mübahisə zamanı bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən X. Əliyev saxlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər