Mədəniyyət
Əməkdar incəsənət xadimi: "Teatrda seviləcək şəxsiyyətlər yoxdur" - Foto/Video
"Bu gün Azərbaycanda da, dünyada da diqqət mərkəzində, hədəf verilişlərində siyasi şəxslər ön plandadırlar. Çünki onların dedikləri bizim üçün çox vacibdir, çox aktualdır. Müəyyən müddət əvvəl, xüsusən 60-70-ci illərdə siyasət sanki daha sakit axarda davam edirdi və ekranlara aktyorlar, rejissorlar çıxırdılar, onlar daha populyar idilər. Yəni, bu gün siyasi şəxslərin, siyasətçilərin fonunda artıq nə teatr, nə kino elə bir fenomenal uğura imza ata bilir. Təbii ki, belə bir dönəmdə Azərbaycan teatrında da elə bir inkişaf görünmür. Bu, bir növ teatr müstəvisində durğunluq dönəmini xatırladır. Çünki istər repertuar baxımından, istər rejissorluq baxımından, hətta mən deyərdim ki, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Azərpaşa Nemətov dönəmindən sonra elə bir fenomenal teatr hadisəsi ilə biz qarşılaşmamışıq". Bunu Oxu.Az-a videomüsahibəsində Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas və tənqidçi Aydın Talıbzadə deyib.
Videomüsahibədən bəzi hissələri ixtisarla təqdim edirik: - Aydın müəllim, hər hansı yeniliyin baş verməməsi, yaxud da adını çəkdiyiniz korifeylərimizdən sonra onların yolunu davam etdirənlərin olmamasının səbəbi nədir? - Mənə elə gəlir ki, bu, savad və dünyagörüşü problemidir. Hamının siyasətdən danışdığı bir dönəmdə teatr siyasətdən danışmamalıdır, daha çox insana yaxınlaşmalıdır, insanın problemlərinə müraciət etməlidir. - Nə mane olur teatra? - Zənnimcə, burada çox mühüm amillərdən biri ondan ibarətdir ki, teatr özü də siyasətin fövqündə dayanmaq istəyir. Yəni, müəyyən məqamda siyasətlə ayaqlaşmaq cəhdi sanki teatrın çiyinlərindədir. Buna görə də o, daha çox insanın konkret bu gün yaşadığı problemlərə müraciət edə, isti atmosfer yarada bilmir. Atmosfer yalnız və yalnız patriotizmə bağlıdır. Düzdür, bunlar aktual məsələlərdir, bunlardan heç kəs geri çəkilə bilməz. Amma söhbət nədən gedir? Söhbət ondan gedir ki, biz, tutaq ki, Qarabağ problemi ilə, 44 günlük müharibə ilə bağlı olanları elə şəkildə teatrın səhnəsinə gətirməliyik ki, bu, son dərəcə isti, konkret bir insanın həyatından boylanan məsələlər olsun. Teatr bu gün sanki bunu bacarmır. - Siz bir vaxtlar aktiv teatr tənqidi ilə məşğul idiniz. Tamaşalar haqqında fikirlərinizi yazırdınız, tənqid edirdiniz. - Elə indi də yazıram. - Sanki son dönəmlər bu mövzuda olan yazılar o qədər də gündəmə gəlmir. - Niyə? Mən son dəfə "Kral Lir" tamaşası haqqında geniş bir tənqidi yazı yazmışam. - Onu oxudum, amma yalnız Aydın Talıbzadə ilə məsələ bitmir axı. Bəlkə bu gün tənqidin olmaması teatra mane törədir?
- Tamaşalar tənqidə gəlmir. Tamaşaya gedirsən, baxırsan, tamaşa tənqidə gəlmir. Bilirsiniz, bu gün birinci növbədə teatra tələbat olmalıdır tamaşaçıda. Bu, çox vacib məsələdir. Mən niyə birinci növbədə siyasətdən danışdım? Çünki siyasi gündəmdə olan məsələlər insanlara hədsiz dərəcədə maraqlıdır. Amma teatr bu gün insanlarda o qədər də böyük maraq yarada bilmir. Və teatr tənqiddən daim nəsə gözləyir. Əslində, bu gün teatr tənqidi də bir neçə nəfərin çiynindədir. Baxın, biz tənqidi yazılar yazırıq, amma bu yazılar kimə lazımdır? Teatra lazımdırmı? Bizim artıq yetmişə yaxın yaşımız var və yenə də sadəcə o entuziazmımıza arxalanıb yazılar yazırıq. Bu bizim hobbimizdir, peşəmizdir, sevdiyimiz bir nəsnədir. Buna görə biz qazanc əldə etmirik. Amma gələn nəslin, yeni nəslin yazması üçün teatr tənqidinə müəyyən kütləvi informasiya vasitələrində ehtiyac olmalıdır. Onların da verilişləri olmalıdır, hansısa yerləri olmalıdır ki, çıxan tamaşaları işıqlandıra bilsinlər. Digər tərəfdən də, o gənc teatrşünaslar işləməlidirlər ki, pul qazansınlar. Teatr tənqidi ilə məşğul olan şəxslər heç bir qonorar almırlar. Yəni teatrşünaslığın inkişafı üçün birinci növbədə bu fərdləri yaşatmaq lazımdır. Siz təsəvvür edirsiniz, bu gün aktyorlarımızın çoxu səhnələrdə olsa da, onlar haqqında heç bir portret yazılmır. Amma bu, yazılmalıdır, aktyor özünü o portretlərdə görməlidir. - Aydın müəllim, teatr tarixdən bu yana yol gəlir. Bu gün belə düşünə bilərikmi ki, artıq teatr heç kəsə lazım deyil? - Heç kəsə lazım deyil, deməzdim. Çünki həqiqətən çox, teatr unikal bir sənətdir. Düzdür, bu gün internet, sosial şəbəkələr, süni intellekt və s. teatra olan həvəsi söndürdüb. İnsanlar gündəlik həyatlarını çox mobil yaşayırlar. Teatr isə həmişə ona görə çox mühüm bir sənət növü olacaq ki, teatr ruhların görüşdüyü yerdir. Teatrın yaranışı əcdadlar kultu, əcdadlar kultu isə ruhları çağırmaq ayini ilə bağlıdır. Teatrın səhnəsində "indi" heç vaxt oynanılmır, oynanılan həmişə "keçmiş"dir. "Keçmiş"i dirildib gətirirlər "indi"yə. Bax, bu ruhların təmasını təşkil etmək lazımdır. Bunun üçün isə doğrudan da böyük güc, enerji, sahman, qüvvə sərf edilməlidir ki, bu ünsiyyət alınsın. İnsanlar teatra məbədə gələn kimi gəlsinlər, ruhların kontaktına gəlsinlər, o xoşbəxtlik anını, görüş məqamını yaşamaqdan ötrü gəlsinlər. - Baxmayaraq ki, 2026-cı ildəyik, amma hələ də teatrdan danışanda, "tanınmışların adını çək" deyəndə yenə Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun adları çəkilir. Sizcə, onlardan sonra gələn nəsil, necə deyim, onların kölgəsində qaldı, yoxsa yetişmədi? Məsələn, ən tanınmış aktyor desək, 60-70-ci illərə gedirik, ən tanınmış rejissor desək, yenə elə. Buna səbəb nədir? - Sizinlə razıyam, haqlısınız. Amma o vaxt Adil İsgəndərovun, Mehdi Məmmədovun dönəmində oynanılan tamaşaların da bir imici var idi və bu imic yaradılırdı. - Məsələ də budur ki, bu gün sanki o imic yaradılmır.
- İmic yaratmaq üçün birinci növbədə sevgi olmalıdır. Teatrı onda sevirdilər. Hətta mənim atam danışardı ki, "Otello" tamaşasına bilet almaq üçün o növbəni necə dəf edib və o bileti alıb. İndi isə bu yoxdur. Bileti, dəvətnaməni camaata paylayırlar, teatra gələn olmur. Çünki teatr müasir insanın şüuruna, qəlbinə, problemlər müstəvisinə yol tapa bilmir. Bu gün bütün dünya çapında şəxsiyyətlərin azalma, xırdalanma prosesi gedir. Teatr və seyrçi münasibətləri doğrudan-doğruya qlobal miqyasda problemə çevrilir. Nədən ötrü? Çünki bu gün süni intellektlə hər şeyi əldə etmək mümkündür. O, bizim yerimizə düşünür, yaradır, qurur və s. Dünyada ən çətin nəsnə isə düşünməkdir. Ən böyük həzz də düşünməkdir. Bu gün biz düşünməkdən sürətlə uzaqlaşırıq, hər şeyi ən asan bildiyimiz süni intellekt vasitəsilə həll etməyə çalışırıq. Bu isə insanların marağını söndürür, korşaldır. İnsanlara baxırsan, sanki hər şey yaxşıdır, hər şey var, amma eyni zamanda insanların ürəyində fərəh yoxdur. - Sizcə, bizdə teatr siyasəti doğru aparılır? Məsələn, keçən il islahatlara gedildi. Teatrlarda baş rejissor və bədii rəhbər vəzifələri ləğv olundu, teatrlarda struktur dəyişiklikləri oldu. Atılan bu addımın sabahını necə görürsünüz? - Birinci onu deyim ki, dövlətin verdiyi qərarları mən müzakirə etməyi xoşlamıram. Bu qərar verildi və bitdi. - Məsələ verilən qərarın müzakirə edilməsində deyil və biz bunu müzakirə etmirik. Sadəcə baxış bucağınız maraqlıdır ki, siz... - Anladım, mən gələcəyəm o məsələyə. İş budur ki, mənimlə məsləhətləşməyiblər (gülümsəyir - red.) - Məsləhətləşsəydilər, nə deyərdiniz? - Məsləhətləşsəydilər, deyərdim ki, yox. Nə üçün yox? Çünki, baş rejissor teatrın proqramıdır. Baş rejissor hər şeyi müəyyənləşdirən bir şəxsiyyətdir (şəxs yox, məhz elə şəxsiyyət) - teatrın estetikasından tutmuş, teatrın poetikasına, mizanına qədər. Küll halında rejissorun təxəyyülünün təcəssümüdür səhnədə. Bu, çox vacib elementdir. Siz təsəvvür edin, böyük bir simfonik orkestr Bethoveni və yaxud da Motsartı çalır - əgər dirijor yoxdursa, o orkestr heç nə ifa edə bilməyəcək. Baş rejissor da teatrın dirijorudur - hər şey ondan keçir. Baş rejissor da doğrudan-doğruya şəxsiyyət olmalıdır. Teatrda - istər Adli İsgəndərovun, istər Tofiq Kazımovun dönəmində də belə idi - müəyyən mənada "rejissor diktaturası" olmalıdır ki, o hər şeyi həll edə bilsin. Baş rejissor kollektivin inandığı şəxs olmalıdır. Məsələn, Mehriban Ələkbərzadəni Akademik Milli Dram Teatrına baş rejissor təyin etdik və ondan tələb etdik ki, bu dəqiqə sən şedevrlər yarat. Birinci növbədə isə teatrda sahman yaratmaq lazımdır, teatrı o fikirlərə, o ideyaya doğru aparmaq lazımdır. Yəni bir inam, bir kontakt olmalıdır ki, teatr öz rejissorunu, rejissor da öz aktyorlarını sevsin. Daha bu dedi-qodular, mənasız çarpışmalar yox... Bunlar hamısı teatrın inkişafına mane olan məsələlərdir. Bunu görəndə nə etməli idilər? Təbii ki, baş rejissor vəzifəsini ləğv etməli idilər.
- Amma Aydın müəllim, bu məsələdə başqa böyük bir sual da yaranır. Teatr aləmində bu dediyiniz qalmaqallar, münasibətlərin gərgin olması, baş rejissor toqquşmaları elə Adil İsgəndərovun dövründən də var idi axı. O boyda Tofiq Kazımovu canından bezdirmişdilər. Yəni yaradıcı müstəvidə yaradıcı insanlar arasındakı münasibət görünür elə həmişə belə olub. - Mən sizinlə nə üçün razıyam? Doğrudan da A.İsgəndərovun da, M.Məmmədovun da dövründə belə çaxnaşmalar olub. Müəyyən lokal, xırda-para məsələlər üzündən çox böyük dartışmalar ortaya çıxıb. Amma bu miqyasda, bu çərçivədə, mənə elə gəlir ki, bu, düzgün deyil. Aktyor aktyorla sanki küçədə dava edənlər kimi münasibətdədir. Bu, nə anlama gəlir? Bu insanlar heç cür rahat olmurlar, heç cür dincəlmirlər. Elə daim nəsə istəyirlər. Belə olanda Mədəniyyət Nazirliyi nə etməli idi? Görürlər ki, konkret qərar verməkdən başqa bir əlacları qalmır. - Ola bilsin ki, bu məsələlərdə maraqlı olan, insanların bir araya gəlməsini istəməyən tərəflər də var. - Ola bilsin. - Bayaq qeyd etdiniz ki, teatrlar biletləri paylayırlar, tamaşalara gələn olmur. Bu məsələnin yəqin ki, bir çıxış yolu olmalıdır. Necə düşünürsünüz, bəlkə bu gün tələbələri və ya şagirdləri teatra cəlb etmək lazımdır. - Yox, yox. - Təbliğat haradansa başlamalıdır axı. - Təbliğat... Mənim Cabir Səfərov adlı teatrşünas müəllimim vardı, o, həmişə deyərdi ki, teatrın ən yaxşı afişası da, təbliğatçısı da tamaşaçıdır. Sən onu maraqlandır, o gedib sənə tamaşaçı gətirəcək. Vaxtilə də, hələ mənim gənc vaxtlarımda, tələbələr tamaşalara gəlirdilər, amma bu tələbələri kimsə göndərmirdi teatra. Onlar özləri pul verib, bilet alıb gəlirdilər. Çünki maraqları vardı, görək tamaşa mənə nə deyəcək, necə düşündürəcək, bu düşüncə məni haralara aparacaq? İndi isə hamının əlində smartfonu var və bir anda hər şey barədə nə qədər istəsə, məlumat ala bilir. Bu qədər informasiyaların fonunda gəlirsən teatra və teatr sənə bir köhnəlik kimi görünür.
- Sanki bizim incəsənət adamları da, hansı ki bu sahəni təbliğ etməlidirlər, kənara çəkilmə mövqeyi sərgiləyirlər. Çünki o insanlarla danışanda da o pozitivliyi görmürsən, desinlər ki, əslində bu, bizə lazımdır, bu, vacibdir. Mən bayaq sizə "Ola bilərmi ki, bu gün bizə teatr lazım deyil?" sualını elə-belə vermədim. - Konfutsinin yaxşı bir sözü var. O deyir ki, xoşbəxtlik odur ki, sənə inanırlar, böyük xoşbəxtlik odur ki, səni sevirlər, həqiqi, əsl xoşbəxtlik odur ki, sən sevirsən. Teatr dünyasını da sevmək və o sevgini teatrdan almaq lazımdır. Bir dəfə məndən soruşdular ki, Azərbaycanda teatra niyə gəlmirlər? Dedim ki, orada seviləcək şəxsiyyətlər yoxdur. Mən bunu deməklə Azərbaycan teatrında çalışan insanları aşağılamaq istəməmişəm və istəmirəm. Görkəmli rejissor Mark Zaxarov deyirdi ki, mən aktyorlarımı məxsusi şəkildə televiziyaya və kinoya göndərirəm ki, gedin, çəkilin. Sizi görsünlər, sevsinlər və sizi görmək üçün teatra gəlsinlər. Bu, çox mühüm məsələdir. Məsələn, bizim Fuad Poladov. Fuad Poladovun bir fiquru bəs edirdi ki, tamaşaçıların müəyyən hissəsi axışıb teatra gəlsin. Eləcə də Amaliya Pənahova, Şəfiqə Məmmədova, Həsən Turabov və s. Adını çəkdiklərim hamısı seyrçi tərəfindən sevilən aktyorlar olublar və hamısı da bir teatrda işləyiblər. Təsəvvür edin bu nə boyda enerji, nə boyda güc deməkdir. Bu gün elə bir vəziyyətlə rastlaşırıqmı? Yox... - Amma bu gün adını çəkdiyiniz sənətçiləri də meydanda görə bilmirik. Məsələn, Şəfiqə Məmmədova. Sima olaraq da, ad olaraq da hər kəs onu sevir. Düşünürəm ki, əgər Şəfiqə xanım bu gün sədr postunda oturursa, deməli onun hələ deyəcək kifayət qədər sözü var. Amma cəmiyyət arasında - istər televiziyada, istər yazılı mediada onu görə bilmirik.
- Gəlin, Şəfiqə xanımın üzərində dayanmayaq. Burada çox mühüm məqamlar var. Şəfiqə xanım bu gün teatrda heç nə edə bilməz. O, özü də bunu bilir. - Ən azı təbliğ edə bilər. - Təbliğ etməyə də gərək elə bir şey olsun ki, o da ürəklə, canla-başla gəlsin tamaşanı görsün və ona heyranlığını bildirsin. Vaxtilə Şəfiqə xanımın teatrdan getməsinin də səbəbi o idi ki, deyirdi, Aydın, bu, məni qane etmir. Mən heç cür öz istədiyimi teatrdan, səhnədən ala bilmirəm. İstədiyim rollarda istədiyim sənətimi göstərə bilmirəm. Vəssalam, şüttamam... Bu qədər bəsit. Doğrudan da bu gün teatrlarda ciddi bir boşluq var. O boşluğu doldurmaq üçün isə şəxsiyyətlər lazımdır. O şəxsiyyətlər ki, teatrı da sevirlər, öz seyrçilərini də. Teatrşünas da istəyir ki, həmişə yaxşı tamaşalardan yazsın. - Deməli, ona görə yazılmır ki, yazmağa heç nə tapılmır? - Bayaq dediyim kimi, çox vaxt gedib tamaşaya baxırsan, tamaşa tənqidə gəlmir. Tamaşa tənqidə gəlməyəndə sən daha peşəkarcasına yazmırsan, başlayırsan, necə deyərlər pamflet (həcmcə kiçik, əsasən kəskin satirik və istehzalı ruhda yazılan, müəyyən bir şəxsi və ya hadisəni ifşa etmək məqsədi daşıyan publisistik əsər - red.) yazmağa. - "Tənqidə gəlmək" fikrini bir az açsaq... Məsələn, nə olmalıdır, yəni tənqidə gəlməyin özəyi nədir? - Birinci növbədə, teatr elə bir qurumdur ki, səhnə elə bir yerdir ki, burada hər şey peşəkarcasına həll olunmalıdır. Mənim yadıma gəlir, məni Moskvada müəllimlərim, teatrşünaslarla söhbətim olurdu, onlar tamaşadan danışanda hətta aktyorun geyindiyi kostyumun düyməsindən danışırdılar ki, bu düymə o kostyuma uyğun deyil. Görün nələrə diqqət edirdilər?! Deyə bilərsiniz, balaca bir düymə nədir ki, onu heç çoxu görmür, diqqət eləmir. Amma onlar bu dərəcədə detallı yanaşırdılar işə. Çünki o detalın da öz rolu var. Səhnə, tamaşa bir orqanizmdir. Ona görə tamaşada hər şey peşəkarcasına həll olunmalıdır. Peşəkarlıq olmayanda boğazdan yuxarı oynamaq, qışqırmaqla da olmur. Aktyor üçün əsas olan batili işə salmaq, ruhu səhnəyə gətirməkdir. Bütün bunlar o qədər canlı olmalıdır ki, seyrçini öz dünyasına çəksin.

Mənbə
oxu.az
Oxşar Xəbərlər