Dünya
İranda şəhər başçısı güllələndi
İranın Çaharmahal və Bəxtiyari əyalətinin Cunqan şəhərinin başçısı bu gün səhər saatlarında güllələnərək öldürülüb. "Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə əyalət rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini informasiya verib. Rəsminin sözlərinə görə, ilkin qiymətləndirmələr hadisənin təxribat xarakteri daşımadığını göstərir. Hadisənin təfərrüatları, eləcə də silahlı hücumu edən şəxs və ya şəxslərin kimliyi barədə hələlik məlumat açıqlanmayıb.
Mənbə
oxu.az