Dünya
Vuçiç seçkidə məğlubiyyətini etiraf etdi
Serbiyada keçirilən növbədənkənar parlament seçkisində müxalifətin "Tələbə siyahısı" qalib gəlib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç bildirib. O qeyd edib ki, seçkinin nəticələri çoxlarını təəccübləndirəcək. "Çoxları təəccüblənəcək və bəzi insanların nə qədər yalan danışdığını anlayacaqsınız. Seçki məntəqələrindən əldə edilən nəticələrə əsasən, seçkini uduzduğumuz açıq-aydın görünür", - deyə Vuçiç Serb Tərəqqi Partiyasının qərargahında bildirib.
Mənbə
oxu.az