İdman
"Milan" səfərdə "Udineze"ni məğlub etdi, Hatçinson debüt qolunu vurdu - Video
İtaliya A Seriyasının VIII turunda "Milan" səfərdə "Udineze"ni 0:2 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, Udine şəhərindəki "Bluenerci" stadionunda keçirilən matçda hesabı 6-cı dəqiqədə Kristian Pulişiç açıb. O, Luka Modriçin ötürməsindən sonra fərqlənib. 65-ci dəqiqədə "Milan"ın yeni transferi Omari Hatçinson komandasının ikinci qolunu vurub. Bu, onun "Milan"ın heyətində ilk qolu olub. Bu qələbədən sonra "Milan" 18 xalla A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda üçüncü yerdəki "Roma" ilə eyni xala malikdir və liderlər "İnter"lə "Latsio"dan dörd xal geri qalır. "Udineze" isə dörd xalla 17-ci yerdədir.
Mənbə
oxu.az