Cəmiyyət

Paytaxtın iki rayonunda qaz olmayacaq

26 Oct 2026, 02:00 2 baxış
Paytaxtın iki rayonunda qaz olmayacaq
Oktyabrın 26-da Bakının Binəqədi və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonunun S.S.Axundov küçəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsində, eləcə də Təzə Yurd və 2A yaşayış massivlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər