Cəmiyyət
Bu rayonlarda qaz olmayacaq
Bu gün Binəqədi və Qaradağ rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.
Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun S. S. Axundov küçəsinin, Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Təzə Yurd və 2A yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
axar.az