Cəmiyyət
Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
Şəhid anası 21 ildir mənzil növbəsində olsa da, indiyədək evlə təmin edilməyib. Baku TV-nin məlumatına görə, Lerik rayon sakini Nəsibə Nəciyeva qaynar xəttə müraciət edərək mənzil probleminin hələ də həll olunmadığını bildirib. Şəhid Habil Nəciyevin anası deyir ki, yaşadığı ev qəzalı vəziyyətdə olduğundan Sumqayıt şəhərində yaşayan digər oğlunun yanında qalmağa məcburdur. Lakin oğlunun da yaşayış şəraiti məhduddur.
Şikayətçinin sözlərinə görə, o, dəfələrlə həm Lerik Rayon İcra Hakimiyyətinə, həm də digər aidiyyəti qurumlara yazılı və şifahi müraciət etsə də, problemi indiyədək həll olunmayıb. Nəsibə Nəciyeva bildirib ki, mənzil növbəsində ondan sonra olan şəxslər evlə təmin edilsələr də, özü illərdir gözləyir. O, ömrünün qalan hissəsini öz evində yaşamaq istədiyini deyir. Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nəsibə Nəciyeva 19 fevral 2005-ci il tarixli, 19 nömrəli sərəncamla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülüb. Hazırda o, növbədə 18-ci yerdədir. Qeyd olunub ki, Prezidentin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli sərəncamının icrası ilə əlaqədar mənzil növbəsində olan xüsusi imtiyazlı şəxslərin siyahısı, o cümlədən Nəsibə Nəciyevanın ailəsi barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. İcra hakimiyyətindən bildirilib ki, ailə üçün növbə əsasında yeni yaşayış evinin tikintisi həyata keçiriləcək.

Mənbə
oxu.az