İdman
"Leççe" "Yuventus"a uduzdu, müdafiəçisi qırmızı vərəqə aldı
2026/2027 mövsümü İtaliya A Seriyasının VIII turu çərçivəsində "Leççe" və "Yuventus" komandaları arasında keçirilən oyun başa çatıb. Oxu.Az xəbər verir ki, qarşılaşma Leççe şəhərindəki "Ettore Cardiniero - Via del Mare" stadionunda baş tutub. Neapoldan olan baş hakim Fabio Mareskanın idarə etdiyi görüşdə qonaqlar 0:2 hesabı ilə qələbə qazanıblar. Matçın 29-cu dəqiqəsində "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni hesabı açıb. 41-ci dəqiqədə isə yarımmüdafiəçi Duqlas Luis Turin təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. Görüşün 90+4-cü dəqiqəsində "Leççe"nin müdafiəçisi Kialonda Qaspar ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Yuventus" 14 xalla A Seriyasının turnir cədvəlində yeddinci yerdə qərarlaşıb. Komanda liderlər "İnter" və "Latsio"dan səkkiz xal geri qalır. "Leççe" isə doqquz xalla 12-ci pillədədir.
Mənbə
oxu.az