Digər

BVF 2027-ci ildə Ukraynaya 30-35 milyard dollar yardım edə bilər

24 Oct 2026, 00:23 1 baxış
BVF 2027-ci ildə Ukraynaya 30-35 milyard dollar yardım edə bilər

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın 2027-ci il dövlət büdcəsinin icrası üçün 30-35 milyard dollar xarici maliyyələşdirməyə ehtiyacı olacağını təxmin edir.


Axar.az xəbər verir ki, bu barədə BVF-nin Ukrayna üzrə idarəedici direktorunun müavini Vladislav Raşkovan məlumat verib.


O əlavə edib ki, Ukrayna tərəfi öz öhdəliklərini yerinə yetirərsə, bu vəsait tapılacaq. Raşkovanın sözlərinə görə, dördüncü rüb üçün maliyyələşdirmənin əhəmiyyətli bir hissəsi hələ də Ali Radanın qərarlarını tələb edir.

Mənbə axar.az

Oxşar Xəbərlər