Cəmiyyət

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto

24 Oct 2026, 00:06 2 baxış
Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto
"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Oxu.Az "Vesti"yə istinadla xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi və təsisçisi, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov məlumat verib. "Royale Casino"nun tikintisi sürətlə davam edir. Kazino 2027-ci ilin mayında açılacaq", - deyə E.Ağalarov bildirib. Qeyd olunub ki, 90 min kvadratmetr sahəsi olan kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" ərazisində yaradılan süni yarımadada inşa edilir. Binanın hündürlüyü 35 metr olacaq. Kazinoda 12 VIP zalı və beynəlxalq poker turnirlərinin keçirilməsi üçün nəzərdə tutulan əsas zal fəaliyyət göstərəcək. 21 yaşına çatmamış şəxslərin kazinoya girişinə icazə verilməyəcək.
{{gallery}}
Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər