Dünya

Sosial şəbəkələrdəki paylaşımlar əməliyyatla nəticələndi: Türkiyədə 45 nəfər saxlanıldı

23 Oct 2026, 22:02 2 baxış
Sosial şəbəkələrdəki paylaşımlar əməliyyatla nəticələndi: Türkiyədə 45 nəfər saxlanıldı
Türkiyənin yeddi vilayətində fahişəlik və pornoqrafiya ilə bağlı cinayətlərə qarşı əməliyyat keçirilib. Nəticədə 45 şübhəli saxlanılıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. Ankara Polis İdarəsinin İctimai Asayiş Şöbəsinin Əxlaq Bürosunun əməkdaşları internetdə və sosial şəbəkələrdə 54 şübhəlinin fahişəlik və pornoqrafiya ilə bağlı cinayət tərkibli paylaşımlar etdiyini müəyyənləşdiriblər. Bildirilib ki, sözügedən paylaşımlar ictimai əxlaqa zidd olmaqla yanaşı, ailəyə, uşaqlara və gənclərə mənfi təsir göstərə, onların inkişafına zərər vura və ictimai asayişi poza bilər. Ankara ilə yanaşı, Diyarbəkir, Mardin, Çankırı, İstanbul, Bolu və Antalyada eyni vaxtda əməliyyatlar keçirilib. Nəticədə 54 şübhəlidən 45-i saxlanılıb. Şübhəlilərdən birinin xaricdə, digərinin isə həbsdə olduğu müəyyən edilib. Qalan şübhəlilərin tutulması istiqamətində istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.
Sosial şəbəkələrdəki paylaşımlar əməliyyatla nəticələndi: Türkiyədə 45 nəfər saxlanıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər