Kriminal
Şimal-qərb bölgəsində hava pisləşdi: Zaqatalaya dolu düşdü - Video
Zaqatalada güclü leysan və dolu qeydə alınıb. Oxu.Az xəbər verir ki, oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində hava şəraiti qeyri-sabit keçib. Gün ərzində ərazidə fasilələrlə yağıntı müşahidə olunub. Oktyabrın 23-ü axşam saatlarında isə yağıntının intensivliyi artıb. Zaqatalada bir saatdan çox davam edən güclü leysan yağıb, bəzi ərazilərə dolu düşüb.
Mənbə
oxu.az