Digər

Güclü fırtına Belçikanı iflic etdi

23 Oct 2026, 23:12 2 baxış
Güclü fırtına Belçikanı iflic etdi

Belçikada "Ostin" fırtınası nəticəsində dörd nəfər xəsarət alıb.


Axar.az xəbər verir ki, güclü külək ağacları aşırıb və müxtəlif konstruksiyaları zədələyib ki, bu da ictimai nəqliyyatın işində çoxsaylı axsamalara səbəb olub.


Şəhərətrafı qatarların hərəkətində də əhəmiyyətli gecikmələr qeydə alınıb.


"Ostin" fırtınası oktyabrın 23-də günün ikinci yarısında Belçikanın bütün ərazisini əhatə edib. Küləyin sürəti 110 km/saata çatır, əlverişsiz hava şəraiti güclü leysanlarla müşayiət olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər