Cəmiyyət

Bəzi ərazilərdə işıq olmayacaq

22 Oct 2026, 00:36 2 baxış
Bəzi ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədilə oktyabrın 22-də paytaxtın Yasamal və Binəqədi rayonlarında yerləşən bir sıra transformator məntəqələrində təmir, yoxlama və sınaq işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə və Zaur Kərimov küçələrində, eləcə də Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Binəqədi rayonunda isə saat 09:00-dan 14:00-dək 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin, həmçinin 6-cı mikrorayon ərazisindəki İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər