Cəmiyyət
Qadınlar bu mesajı yazan kişilərdən uzaqlaşır
Digital flört zamanı dəbdə olan, az qala əksər kişinin yazdığı bir cümlə 80 faiz halda münasibətə marağı öldürür.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, 100 qadından 80-i bu cümləni xoşlamır. Söhbət “Mənə şəklini göndər, baxım görüm, necəsən, nə geyinmisən” tipli mesajlardır.
Aparılan sorğuya görə, qadınlar artıq bu sözə qarşı ikrah hiss edir və inanmır.
Hətta 80 faiz qadın şəkil istəyən kişilərlə münasibəti bitirə bilir və ya soyuyur.
Mütəxəssislər kişilərə qadınlara bu tip mesajlar göndərməməyi məsləhət görür.
Mənbə
axar.az