Kriminal
Cəbrayılda avtomobil aşdı, sürücü öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın APA-ya istinadən məlumatına görə, Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi KİA markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü Elşən Rüstəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az