İdman

Çempionlar Liqasında sensasiya: "Komo" "Mançester Yunayted"i darmadağın etdi - Video

22 Oct 2026, 01:36 1 baxış
Çempionlar Liqasında sensasiya: "Komo" "Mançester Yunayted"i darmadağın etdi - Video
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda İtaliyanın "Komo" klubu öz meydanında İngiltərə nəhəngi "Mançester Yunayted"i qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Komo"nun heyətində hücumçu Niko Pas dubl edərək matçın qəhrəmanı olub. İtalyanların digər qollarını hücumçu Anastasios Duvikas və müdafiəçi Hakobo Ramon vurublar. "Mançester Yunayted"in tək təsəlli qoluna isə hücumçu Coşua Zirkze imza atıb. Bu tarixi qələbədən sonra "Komo" xallarının sayını 6-ya çatdırıb. "Mançester Yunayted" in isə aktivində 3 xal var
Mənbə oxu.az

Oxşar Xəbərlər