İdman
Sərgən Yalçın Türkiyə millisində nə qədər maaş alacaq?
Vinçentso Montella ilə yolların ayrılmasından sonra Türkiyə milli komandasının baş məşqçisi vəzifəsinə gətirilən Sərgən Yalçının alacağı maaşın məbləği məlum olub.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber7" saytı məlumat yayıb.
Sayt jurnalist İbrahim Setenin məlumatına istinadən yazır ki, Sərgən Yalçının illik maaşı 2.5 milyon avro olacaq. Onunla dördillik müqavilə imzalanacağı bildirilir.
Müqavilədə, həmçinin 1 milyon 50 min avro məbləğində təzminat maddəsinin yer aldığı qeyd olunur.
Qeyd edək ki, müqavilənin maliyyə şərtləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Mənbə
axar.az