Siyasət
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər - Video
Oktyabrın 21-də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına (TÜRK-AY) üzv və müşahidəçi ölkələrin konstitusiya məhkəmələrinin nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. Baku TV-nin məlumatına görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinə gediblər. Nümayəndə heyətinin üzvləri bu ali təhsil müəssisəsində yaradılan müasir təhsil və elmi imkanlarla tanış olublar.
Sonra Qarabağ Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüş zamanı konstitusiya ədalət mühakiməsi, hüquq sisteminin inkişafı və müasir dövrdə hüquq sahəsində qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin üzvləri tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Görüş gənc hüquqşünasların beynəlxalq təcrübə ilə tanışlığı, hüquqi biliklərinin artırılması və peşəkar inkişafı baxımından əhəmiyyət daşıyıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər