İdman
AFFA rəsmisi "Neftçi" - "Sabah" oyunundakı mübahisəli epizoda aydınlıq gətirdi - Video
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VIII turunun oyunlarındakı mübahisəli epizodları şərh edib. Oxu.Az xəbər verir ki, o, "Qəbələ" - "Sabah", "Qarabağ" - "Neftçi", "İmişli" - "Turan Tovuz" və "Kəpəz" - "Zirə" görüşlərindəki epizodları dəyərləndirib. Rəhim Həsənov hakimlərin bütün oyunlarda doğru qərarlar verdiyini söyləyib. Bundan əlavə, R.Həsənov VII turda "Neftçi" - "Sabah" oyunundakı mübahisəli epizoda da münasibət bildirib. O, ədalət təmsilçisinin həmin vəziyyət zamanı da düzgün qərar qəbul etdiyini deyib.
Mənbə
oxu.az