İdman
Fransada etirazlar futbola da təsirini göstərdi: Matç təxirə salındı
Fransa Liqa 1-in VIII turu çərçivəsində keçirilməsi planlaşdırılan "Tuluza" - "Trua" matçının vaxtı dəyişdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb. Oktyabrın 24-nə təyin olunan qarşılaşma bir gün sonraya - oktyabrın 25-nə keçirilib. Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq. Qərar həftəsonu Tuluza şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyaları ilə əlaqədar qəbul edilib.
Mənbə
oxu.az