Dünya

Putin və Uitkoff arasında görüş başlayıb

21 Oct 2026, 13:21 1 baxış
Putin və Uitkoff arasında görüş başlayıb
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ölkəyə səfər edən ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb. Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısı Uitkoffla söhbəti zamanı Ukrayna böhranının həllinə göstərdiyi diqqətə görə ABŞ lideri Donald Trampa təşəkkürünü bildirib. Rusiya prezidenti vurğulayıb ki, ABŞ rəhbəri onunla son danışığında insan itkilərinin qarşısını almaq üçün münaqişənin dayandırılmasının vacibliyini xüsusi qeyd edib. Bundan əlavə, Rusiya lideri Moskvanın Vaşinqtonla iqtisadi əlaqələrin və əməkdaşlığın bərpa olunmasında maraqlı olduğunu diqqətə çatdırıb. Öz növbəsində, Uitkoff Ukrayna münaqişəsinin həlli yollarının əks olunduğu sənədləri özü ilə gətirdiyini bildirib. O, ABŞ vətəndaşı Stiven Habbardın sərbəst buraxılmasına görə Vladimir Putinə təşəkkürünü çatdırıb. Rusiya prezidenti isə qeyd edib ki, Habbard artıq Pulkovo hava limanındadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər