Dünya

Şahzadə Harri Böyük Britaniyaya qayıtmağın səbəbləri haqqında: "Bunun nə qədər vacib olduğunu bilmirdim"

21 Oct 2026, 14:28 2 baxış
Şahzadə Harri Böyük Britaniyaya qayıtmağın səbəbləri haqqında: "Bunun nə qədər vacib olduğunu bilmirdim"
Şahzadə Harri həyat yoldaşı Meqan Markl və övladları ilə birlikdə Böyük Britaniyaya niyə qayıtdıqlarına aydınlıq gətirib. Bu barədə Oxu.Az GQ jurnalına şahzadənin müsahibəsinə istinadən xəbər verir. "Uşaqlarımı Britaniya məktəbinə yazdırmaq imkanı mənim üçün böyük əhəmiyyət daşıyır. Bunun mənim üçün nə qədər vacib olduğunu əvvəllər dərk etmirdim", - deyə III Çarlzın kiçik oğlu bildirib. Şahzadə Harri vurğulayıb ki, oğlu Arçi və qızı Lilibet yeni təhsil ocaqlarından "çox razıdırlar". O, həmçinin ABŞ-nin təhsil sistemini aşağılamadığını da diqqətə çatdırıb. Sasseks hersoqu fikrini belə izah edib: "Narahat olmayın, mən ABŞ məktəblərini tənqid etmirəm. Lakin hesab edirəm ki, müasir dövrdə 5 və 7 yaşlı uşaqların müxtəlif müəssisələri müqayisə edərək fərqli mədəni təcrübələr qazanması olduqca önəmlidir". O, ailəsinə və dostlarına daha yaxın olmaq istədiyini də etiraf edib. "Yenidən dostlara, ailəyə və dostların övladlarına yaxın olmaq, uşaqlarımızın yeni mühitə uyğunlaşmasına kömək etmək üçün onlarla davamlı oyunlar təşkil etmək çox xoşdur", - deyə şahzadə Harri əlavə edib. Qeyd edək ki, cütlüyün uşaqları ilə birgə ABŞ-dəkı altıillik həyatından sonra Böyük Britaniyaya qayıtması avqustun 20-də məlum olub. Ailə Kaliforniyadan Birmingem hava limanına şəxsi təyyarə ilə gəlib. Cütlüyün övladları artıq Britaniya məktəbində təhsil alırlar və tədris ili sentyabr ayında başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər