Cəmiyyət

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

21 Oct 2026, 16:32 2 baxış
Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Guya Hakan Fidan Azərbaycanda keçirilən toplantıda İsrail rəsmisinin çıxışı zamanı əlini qaldıraraq masaya hakimiyyətini qoyub və onun ardınca 12 dövlət də oranı tərk edib.


Axar.az xəbər verir ki, bunu türkiyəli tarixçi və televiziya şərhçisi Əhməd Anapalı deyib.


Anapalı bildirib ki, Hakan Fidan əlini başqa ölkələrin nümayəndələrinin də zalı tərk etməsi üçün qaldırmayıb. Onun sözlərinə görə, Türkiyə XİN başçısı sinxron tərcüməyə qulaq asmaq üçün istifadə olunan qulaqlığı çıxararkən əlini havaya qaldırıb. O, “fəxr etmək üçün” bu cür nağıllar uydurulmasına Türkiyənin ehtiyacı olmadığını vurğulayıb.


Videodan da aydın şəkildə Hakan Fidanın ayağa qalxarkən kiməsə işarə verdiyi deyil, sadəcə qulaqlığı çıxarıb masaya qoyan zaman əlini havaya qaldırdığı görünür.


Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmişdi. Türkiyə XİN rəhbəri toplantıda İsrail Prezidenti İshaq Hersoqun çıxışına etiraz əlaməti olaraq iclası tərk etmişdi.


Mənbə axar.az

Oxşar Xəbərlər