Siyasət

Mirzoyan: "TRIPP vasitəsilə silah və sursat daşınması qadağan olunacaq"

21 Oct 2026, 16:40 2 baxış
Mirzoyan: "TRIPP vasitəsilə silah və sursat daşınması qadağan olunacaq"
TRIPP marşrutu vasitəsilə silah-sursatın daşınmasına icazə verilməyəcək. Oxu.Az-ın Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan "Tramp marşrutu" (TRIPP) üzrə müqavilə layihəsinin parlamentin xarici əlaqələr komissiyasında təqdimatı zamanı bildirib. Nazir qeyd edib ki, TRIPP xətti ilə tranzitinə qadağa qoyulan xüsusi yük siyahısı mövcuddur. "Bu cür siyahılar əksər dövlətlərdə məlumdur. Azərbaycanla da belə bir ortaq anlayış var ki, qadağan edilmiş əşyaların, misal üçün, silah və ya döyüş sursatlarının, təhlükəli kimyəvi yüklərin və digər bənzər malların daşınması yolverilməzdir", - deyə A.Mirzoyan vurğulayıb. Onun sözlərinə görə, bəzi kateqoriyalara aid malların tranziti üçün əvvəlcədən xüsusi icazənin alınması tələb olunacaq. Komissiyadakı səsvermə nəticəsində layihə müsbət qiymətləndirilərək parlamentin növbəti iclasının gündəliyinə daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər