Kriminal
Masazırda qəza: Ölən var
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Masazır kəndi ərazisində qeydə alınıb. Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mercedes-Benz Viano" avtomobili ilə "Duzlu göl" adlanan ərazidə piyada Zaur Zakir oğlu Əzimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə
oxu.az