Kriminal

Bakının mərkəzindəki restoranda yanğın - Video

21 Oct 2026, 09:53 3 baxış
Bakının mərkəzindəki restoranda yanğın - Video
Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan restoranın mətbəxində sobada yağ qalıqları yanıb. Restoran və yaşayış binası yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər