İqtisadiyyat

Aİ-nin iki milyard avroluq investisiya planı: Azərbaycanda hansı layihələr dəstəklənəcək?

21 Oct 2026, 11:02 2 baxış
Aİ-nin iki milyard avroluq investisiya planı: Azərbaycanda hansı layihələr dəstəklənəcək?
"Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır və enerji əməkdaşlığımızda mərkəzi rolunu qoruyur". Oxu.Az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunda bildirib.
O deyib ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı üçün mühüm enerji təchizatçısıdır: "Eyni zamanda, tərəfdaşlığımız getdikcə bərpaolunan enerji, külək enerjisi və yaşıl keçid kimi sahələrə də genişlənir. Azərbaycan həmçinin Avropa ilə Asiya arasında ticarətin, logistikanın və bağlantının gücləndirilməsi baxımından böyük potensiala malik Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafında mühüm rol oynayır. Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 1-2 iyul tarixlərində Bakıya rəsmi səfərini də xatırlatmaq istərdim. Səfər zamanı o, Cənubi Qafqazda dövlət və özəl sektorda 2 milyard avroyadək investisiyanın səfərbər edilməsini nəzərdə tutan "Global Gateway" İnvestisiya Paketini elan etdi. Bunun əsas istiqaməti strateji bağlantı infrastrukturunun dəstəklənməsidir. Buraya Naxçıvan dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və Bakı Limanının genişləndirilməsi də daxildir". M.Kuyundziç qeyd edib ki, bugünkü proqram çərçivəsində imkanları, perspektivləri və çağırışları müzakirə etmək məqsədilə ekspertləri, beynəlxalq maliyyə institutlarını və biznes nümayəndələrini bir araya gətirən Trans-Xəzər Nəqliyyat Dəhlizinə həsr olunmuş xüsusi panel də keçiriləcək.
Aİ-nin iki milyard avroluq investisiya planı: Azərbaycanda hansı layihələr dəstəklənəcək? Aİ-nin iki milyard avroluq investisiya planı: Azərbaycanda hansı layihələr dəstəklənəcək?
Mənbə oxu.az

Oxşar Xəbərlər