Siyasət

Aİ Azərbaycana investisiya cəlb etmək üçün ciddi işlər aparır

21 Oct 2026, 10:42 2 baxış
Aİ Azərbaycana investisiya cəlb etmək üçün ciddi işlər aparır
"Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi və Avropa Komissiyası Azərbaycana, xüsusilə bərpaolunan enerji kimi sahələrə özəl investorların cəlbini asanlaşdırmaq üzərində işləyir". Oxu.Az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunda bildirib. O qeyd edib ki, bu ilin əvvəlində Komissiya Brüsseldə Avropa biznes assosiasiyaları ilə birlikdə uğurlu Aİ-Azərbaycan Təmiz Enerji üzrə Biznes Dəyirmi Masası keçirib: "Biz başa düşürük ki, proqnozlaşdırıla bilən investisiya şərtləri və ədalətli rəqabət mühiti Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusilə vacibdir. Avropa şirkətlərini qarşıdakı illərdə ticarət və investisiya üçün fərqli imkanların yaranmaqda davam edə biləcəyi Azərbaycana yeni baxışla yanaşmağa təşviq etmək istəyirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər