Dünya
Oğlu Donald Trampın İran siyasəti ilə razılaşmır
ABŞ dövlət başçısının böyük oğlu Donald atasına bildirib ki, onun İrana qarşı apardığı müharibə, Yaxın Şərqdə yeni münaqişələrdən qaçmaq barədə seçki kampaniyası vədlərinə tamamilə ziddir. Oxu.Az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Ağ Ev rəhbərinin oğlu şəxsi söhbətlərində hərbi münaqişənin əleyhinə çıxış edir və öz narahatlıqlarını birbaşa atasına çatdırır. Lakin onu ictimaiyyət qarşısında tənqid etməkdən boyun qaçırır. Bundan əlavə, jurnal xatırladır ki, fevral ayında İsrailin hərbi kampaniyasına qoşulmaq məsələsi müzakirə edilərkən ABŞ-nin vitse-prezidenti Cey Di Vens də qeyri-rəsmi danışıqlarda əməliyyatların başlanması ilə razılaşmadığını ifadə edib. Digər rəsmilər, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff və Dövlət katibi Marko Rubio, İsrailin Baş naziri Benyamin Netanyahunun fevralda Tehran əleyhinə əməliyyatın real olması ilə bağlı səsləndirdiyi fikirlərə şübhə ilə yanaşıblar. "Research Center" tədqiqat mərkəzinin oktyabrda keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalıların 65%-i Trampın İranla bağlı münaqişəni idarəetmə tərzini bəyənmir. ABŞ vətəndaşlarının, demək olar ki, yarısı münaqişənin bir ildən çox davam edəcəyini düşünür. Bu isə Vaşinqton Administrasiyasının toqquşmaların sadəcə 4-6 həftə çəkəcəyi ilə bağlı ilkin ehtimallarını əhəmiyyətli dərəcədə üstələyir.
Mənbə
oxu.az