Cəmiyyət

Binəqədidə iyrənc mənzərə: Kanalizasiya suları yola axır - Video

21 Oct 2026, 10:50 2 baxış
Binəqədidə iyrənc mənzərə: Kanalizasiya suları yola axır - Video
Bakının Binəqədi rayonu, 28 May qəsəbəsində kanalizasiya sularının yola axıdılması sakinlərin narazılığına səbəb olub. Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, əraziyə axıdılan çirkab sular həm ətraf mühitin çirklənməsinə, həm də antisanitar vəziyyətin yaranmasına səbəb olur. "Ətraf o qədər palçıqlı olur ki, qəsəbədə maşınla hərəkət etməkdə belə çətinlik çəkirik", - deyə şikayətdə bildirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər