İdman
"Arsenal" "Nottingem Forest" səddini bir qolla keçdi - Video
İngiltərə Premyer Liqasının VII turunda "Arsenal" səfərdə "Nottingem Forest"ə 0:1 hesabı ilə qalib gəlib. Oxu.Az xəbər verir ki, Nottingemdəki "Siti Qraund" stadionunda keçirilən görüşün yeganə qolunu 80-ci dəqiqədə Çukvunonso Maduke vurub.
Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Arsenal" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Beş xalı olan "Nottingem Forest" isə 18-ci yerdədir. Növbəti turda "Nottingem Forest" oktyabrın 23-də səfərdə "İpsviç Taun"la qarşılaşacaq. "Arsenal" isə oktyabrın 24-də "Everton"u qəbul edəcək.

Mənbə
oxu.az