Digər
Seçkilər keçirilsə, namizədliyimizi verəcəyəm - Zelenski
Ukraynada hərbi vəziyyət şəraitində prezident seçkiləri keçirilərsə, mütləq iştirak edəcəm.
Axar.az xəbər verir ki, bunu “NBC Nyus”a açıqlaması zamanı Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Rusiyanın təcavüzü davam etdiyi müddətdə ölkənin taleyinə görə məsuliyyət daşıyır.
“Çünki mən bu müharibənin əvvəlindən sonuna qədər ölkəmi müdafiə etməliyəm. Rusiya iki ay müddətinə tam atəşkəsə razı olsa, Ukraynada prezident seçkiləri keçiriləcək. Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”, - deyə Zelenski qeyd edib.
Mənbə
axar.az