Dünya
Makron hökumətdən iğtişaşların qarşısını almağı tələb etdi - Foto/Video
Fransa Prezidenti Emmanuel Makron hökumətdən küçə iğtişaşlarının təkrarlanmaması üçün hərtərəfli tədbirlər görməyi tələb edib. Oxu.Az BFM TV telekanalına istinadən xəbər verir ki, Makron bunu xalqa müraciəti zamanı bəyan edib.
"Hökumətdən kəşfiyyat məlumatlarının toplanması və bu cür hadisələrin proqnozlaşdırılması ilə bağlı bütün zəruri nəticələri çıxarmağı, eləcə də belə halların bir daha təkrarlanmaması üçün tədbirlər görməyi tələb etdim", - deyə Fransa lideri bildirib. Makron kütləvi iğtişaşların bütün iştirakçılarının məsuliyyətə cəlb olunacağına da söz verib. O vurğulayıb ki, talançılara və dağıntılar törədənlərə qarşı ən sərt tədbirlər görüləcək.
"Dağıntılar törədənlər bunun əvəzini ödəməlidirlər. Talana əl atanlar dəymiş zərəri ödəməlidirlər. Cəzasızlıq olmayacaq", - deyə Fransa prezidenti bildirib. Makron əlavə edib ki, dinc etirazçılarla iğtişaşların təşkilatçılarını dəqiq şəkildə fərqləndirmək lazımdır.

Mənbə
oxu.az